gittigidiyor

Azərbaycanda üç telekanal HD yayıma keçir

cafi

Aktif Üye
Katılım
4 Mar 2014
Mesajlar
1,647
Tepkime puanı
976
Puanları
113
Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Elmir Murad/



TV_160413.jpg

Yaxın vaxtlarda Azərbaycanda üç telekanal HD formatlı yayıma keçəcək. Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə artıq qərar verilib. Qərara əsasən hələlik HD formatında yayım Abşeron və Bakını əhatə edəcək: “Gələcəkdə sözügedən yayım bütün bölgələrdə olacaq. Qeyd edim ki, hələlik HD yayıma AZTV, "İdman Azərbaycan" və CBC Sport kanalı keçəcək. Artıq HD yayıma keçidlə bağlı vericilər Azərbaycana gətirilib və quraşdırılıb. Amma buna baxmayaraq, biz adını çəkdiyimiz kanalları bu yayıma keçid üçün tələsdirmirik”.

İ.Məmmədov digər kanalların bu yayıma nə vaxt keçəcəyinə də aydınlıq gətirib: “Teleradio Şurası hər bir telekanala HD formatına keçidi tələb kimi qoyub. Amma buna baxmayaraq, onların maddi durumu da nəzərə alınır. Hazırda onların xərcləri çoxdur. Amma yaxın gələcəkdə digər 6 telekanal da maddi vəziyyətini düzəldib bu yayıma keçəcək. Çünki bu onların da marağındadır”.

Qeyd edək ki, HD yayımda sürət artırılır və texniki problem yaranmır, donmalar olmur, görüntü isə daha aydın və keyfiyyətli olur

 

Bilgi / İnfo

satcafesi.net kar amacı gütmeyen bilgi & paylaşım üzerine kurulu ücretsiz bir forum sitesidir,Üyeler her türlü bilgiyi,dosya,video,resim,vs. önceden onay olmadan paylaşabilmektedir,bunedenle oluşacak herhangi bir illegal paylaşımdan satcafesi sorumluluk almamaktadır,T.CK.na aykırı paylaşım görüldüğünde iletişim kısmından bizlere bildirmenizi rica ederiz.

Yasal Haklar

Foruma gönderilen mesajlardan öncelikle mesaj sahipleri sorumludurlar. Forum yöneticileri başkalarının mesaj veya konularından sorumlu tutulamazlar. Ancak yasal nedenlere bağlı herhangi bir şikayet durumunda, yetkililer bilgilendirildiği takdirde ilgili düzenleme yapılacaktır.
Üst